Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda balıqçılıqda yeni mərhələ - hədəf istehsalı və ixracı artırmaqdır

07.07.2026 [17:34]

Xəbərin mətni

2030-cu ilədək balıq istehsalının 7,7 min tona çatdırılması, ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlərə nail olmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, subsidiya və güzəştlərin tətbiqi, həmçinin balıqartırma fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.