PƏNAH Ümumdünya Əqli Mülkiyyət Təşkilatının IPAS sisteminə inteqrasiya olunub və 24/7 onlayn qeydiyyat imkanına malikdir
07.07.2026 [20:23]
Xəbərin mətni
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) IPAS sisteminə inteqrasiya olunmuş, 24/7 onlayn qeydiyyat imkanına malik, 3D formatını, Açıq reyestrləri, mobil platformaları və əlçatanlıq menyusunu özündə birləşdirən PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) rəqəmsal sənaye mülkiyyəti platforması ilə yanaşı, rəqəmsal müəllif hüquqları platforması da uğurla fəaliyyət göstərir. Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-yə üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyasında onlayn formatda çıxışı zamanı söyləyib.