Əqli mülkiyyət yalnız müstəsna hüquqlar kimi deyil, həm də o hüquqlarla qorunan obyektlər baxımından yenidən dərk edilməlidir
07.07.2026 [20:26]
Xəbərin mətni
Diqqət mərkəzində əqli fəaliyyət nəticələrinin, süni intellektin və əqli mülkiyyətin fəlsəfəsi dayanır: bu, riyazi əsaslardan fəlsəfi-hüquqi aspektlərə, innovasiya potensialından istifadənin səviyyəsinə və aparıcı ali təhsil müəssisələrində yaratdığımız əqli mülkiyyət kafedraları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən digər fənlərarası tədqiqatlara qədər geniş bir istiqaməti əhatə edir. Bu fikri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarının 68-ci sessiyasında onlayn formatda çıxışı zamanı söyləyib.