FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir
08.07.2026 [18:04]
Xəbərin mətni
İntensiv yağan yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinə və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.