Doğma torpaqda yeni həyat: Xocalı sakini Əlövsət Hüseynovun qayıdış hekayəsi
08.07.2026 [18:21]
Xəbərin mətni
Xocalıya Böyük Qayıdış çərçivəsində doğma yurduna qayıdan sakinlər artıq burada yeni həyat qurur, illərlə yarımçıq qalan arzularını gerçəkləşdirirlər. Talelərinə müharibə, məcburi köçkünlük və əsirlik kimi ağır sınaqlar yazılan Xocalı sakinləri bu gün doğma torpaqlarında zəhmətlə məşğul olur, təsərrüfat yaradır, yurdun yenidən dirçəlməsinə öz töhfələrini verirlər. Təxminən iki il əvvəl doğma Xocalıya qayıdan Əlövsət Hüseynov da onlardan biridir.