Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rüfət Həmzəyev: Media yaddaşın necə qorunacağını və gələcək nəsillərə necə ötürüləcəyini də düşünməlidir

14.07.2026 [15:32]

Xəbərin mətni

Media təkcə dağıntıları deyil, həm də dayanıqlılığı, bərpa və yenidənqurma prosesini işıqlandırmalıdır. Dağıntıların sənədləşdirilməsi ilə bərpa prosesinin işıqlandırılması arasında mühüm fərq var. Dağıntılar dərhal baş verir, bərpa isə daha uzun zaman tələb edən bir prosesdir. Dağıntılar təsirli görüntülər və diqqətçəkən başlıqlar yaradır. Bərpa prosesi isə daha mürəkkəb və çoxşaxəlidir. Bunu “AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev iyulun 14-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti" mövzusunda panel müzakirədə çıxışı zamanı deyib.