Feyxoa və kividən hazırlanan məhsullar Lənkərandan xarici bazarlara ixrac olunur
14.07.2026 [18:55]
Xəbərin mətni
Ölkəmizdə subtropik meyvəçiliyin əsas mərkəzlərindən biri hesab olunan Lənkəran rayonunda aqrar təsərrüfatların fəaliyyət coğrafiyası və miqyası ilbəil genişlənir. Regionda yetişdirilən zəngin meyvə çeşidlərinin sənaye üsulu ilə emal edilərək yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsullara çevrilməsi və xarici bazarlara ixracı bu sahənin davamlı inkişafına, eləcə də yerli istehsal potensialının güclənməsinə mühüm töhfə verir.