Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçiriləcək dünya çempionatında 600-dən çox cüdoçunun iştirakı gözlənilir

16.07.2026 [15:24]

Xəbərin mətni

Dünya çempionatına hazırlıq işləri plan üzrə davam edir. Azərbaycan Cüdo Federasiyası yarışın yüksək səviyyədə təşkili istiqamətində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə sıx və koordinasiyalı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.