Herbari fondu Azərbaycanın flora yaddaşını qoruyur: 600 minədək nümunə gələcək tədqiqatlar üçün saxlanılır - MÜSAHİBƏ
16.07.2026 [17:04]
Xəbərin mətni
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Herbari fondunda Azərbaycanın flora irsini əks etdirən 600 minədək bitki nümunəsi qorunur. XIX əsrin sonlarına aid kolleksiyaları əhatə edən fond biomüxtəlifliyin öyrənilməsi, nadir bitkilərin mühafizəsi və elmi tədqiqatlar üçün mühüm mənbədir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Botanika İnstitutunun Herbari fondunun təşkili və rəqəmsallaşdırılması laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani səsləndirib.