Komitə sədri: Süni intellekt dövründə gənclər özlərini daha təkmil səviyyədə ictimaiyyətə təqdim etməlidirlər
17.07.2026 [16:46]
Xəbərin mətni
Süni intellekt, rəqəmsallaşma dövründə gənclərimiz, yeni kadrlarımız daim, fasiləsiz təhsil almalıdırlar. Özlərini daha təkmil bir səviyyədə ictimaiyyətə, dövlətə, şirkətlərə, qruplara təqdim etməlidirlər. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində deyib.