Direktor: 2020-ci ildən bəri peşə təhsili müəssisələrinə qəbul olanların sayı 90 faiz artıb
23.07.2026 [13:10]
Xəbərin mətni
2020-ci ildən etibarən peşə təhsili müəssisələrinə qəbul olanların sayı 90 faiz artıb. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən mediaya brifinqində deyib.