Nazir müavini: Dövlət Proqramı çərçivəsində indiyədək 2000-dən çox gənc xaricdə təhsil hüququ qazanıb
04.08.2026 [14:29]
Xəbərin mətni
Prezidentin təsdiq etdiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində indiyədək 2000-dən çox azərbaycanlı gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu sözləri elm və təhsil nazirinin müavini Həsən Həsənli 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında deyib.