Dövlət Komitəsinin rəsmisi: Xaricdə təhsil alan gənclər Azərbaycan diasporunun əsasını təşkil edəcəklər
04.08.2026 [15:00]
Xəbərin mətni
Komitənin dəstəyi ilə dünyanın müxtəlif ölkələrində 500-dən çox diaspor təşkilatı fəaliyyət göstərir. Hazırda 21 ölkədə 33 Azərbaycan Evi mövcuddur və onların bir çoxunda Azərbaycan dili məktəbləri fəaliyyət göstərir. Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 15 regional şura yaradılıb. Bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdir müavini Orxan Kərimov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüşdə səsləndirib.