Hazırda azad edilmiş ərazilərdə neçə nəfər yaşayır?
18.08.2026 [13:15]
Qarabağa yaşayan əhalinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən yaydığı məlumata görə, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən avqustun 1-dək 38179 nəfər keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91746 nəfərə çatıb.