MƏDƏNİYYƏT


Xalq Artisti Məmmədrza Şeyxzamanovu xatırlayırıq

Yanvarın 25-i Xalq Artisti Məmmədrza Şeyxzamanovun xatirə günüdür. Əvəzsiz teatr və kino aktyoru M.Şeyxzamanov teatrda müxtəlif tamaşalarda oynamaqla yanaşı, kinoda da filmlərə çəkilib, radio və televiziyada çıxış edib. O, kinoda ilk dəfə "Bəxtiyar" musiqili kinokomediyasında professor Rəcəbov rolunu ifa edib. Bundan sonra "Qızmar günəş altında", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?", "Leyli və Məcnun", "Böyük dayaq" və s. filmlərdə oynayıb.