Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərurda balıqçılığın yeni mərhələsi: Arpaçay Balıqçılıq təsərrüfatında 50 ton balıq istehsal ediləcək

26.08.2026 [11:56]

Xəbərin mətni

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə digər sahələrlə yanaşı, balıqçılıq və akvakultura sektorunun inkişafında yeni mərhələnin əsasını qoyub. Proqramın başlıca məqsədləri istehsalın artırılması, daxili tələbatın daha dolğun ödənilməsi, ixrac potensialının genişləndirilməsi və müasir istehsal modelinin formalaşdırılmasıdır.