Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq
27.08.2026 [19:29]
Xəbərin mətni
Azərbaycanda son illər badamçılığa maraq xeyli artıb. Yeni bağların salınması, dövlət dəstəyi və müasir aqrotexniki üsulların tətbiqi bu sahənin inkişafına təkan verir. Hazırda bölgələrdə badam bağlarında məhsul yığımı qızğın şəkildə davam edir. Ağsuda da fermerlər yetişdirdikləri məhsulu toplamağa başlayıblar.