Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir

28.08.2026 [11:54]

Xəbərin mətni

Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar. Saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir. Naməlum şəxslər özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək, kart sahibinin adı və soyadı, kartın etibarlılıq müddəti, CVV/CVC kodu və mobil telefona göndərilən birdəfəlik OTP təhlükəsizlik kodunu tələb edə bilərlər.