Çinin Baş prokuroru: Prokurorluq orqanları arasında əməkdaşlıq ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm hissəsidir
31.08.2026 [15:29]
Xəbərin mətni
Prokurorluq orqanları arasında əməkdaşlıq Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın mühüm hissəsidir. Bunu Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq avqustun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilən tədbirdə deyib.