Azərbaycan Dövlət İnformasiya Agentliyi

Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular

02.09.2026 [11:41]

Xəbərin mətni

Yanğın hadisəsi təxminən gecə 1-in yarısında baş verib. Dərhal hadisə yerinə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, FHN-in əməkdaşları gəldilər və təhlükəsizlik məqsədilə insanlar ərazidən təxliyə edildilər. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Goranboy rayonunun Nizami kəndi yağınlığında sursat anbarında baş verən yanğınla müşayiət olunan partlayış barədə danışan sakin İnqilab Kazımov bildirib.