Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Minatəmizləmə fəaliyyətini yenidənqurmadan ayrı qiymətləndirmək çətindir

02.09.2026 [14:50]

Xəbərin mətni

Minatəmizləmə yalnız humanitar və təhlükəsizlik məsələsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, insanlar üçün təhlükəsiz yaşayış məkanlarının yaradılmasını da əhatə edir. Ərazilərin minalardan təmizlənməsi zamanı həmin torpaqların gələcəkdə necə istifadə olunacağına, eləcə də gələcək nəsillərin təhlükəsizliyinə və sağlamlığına təsiri nəzərə alınmalıdır. Bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə konfransı çərçivəsində keçirilən “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti” mövzulu panel müzakirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI