Dövlət Proqramının prioritet istiqamətləri üzrə beynəlxalq təcrübəyə əsaslanan təlim keçirilir
02.09.2026 [19:41]
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin, eləcə də Dövlət Proqramının təşviqi istiqamətində maarifləndirici işlərin silsilə şəkildə həyata keçirilməsi davam etdirilir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin AXA) Aqrar Təlim Mərkəzi tərəfindən Dövlət Proqramında müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq baytarlıq və fitosanitar xidmətlər sisteminin gücləndirilməsi, informasiya-məsləhət xidmətlərinin və innovasiyaların yayımı sisteminin inkişaf etdirilməsi istiqamətində maarifləndirici təlim proqramına start verilib.