Çarlz Lenjo Mvaziqe: Partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir
03.09.2026 [14:01]
Xəbərin mətni
Minalardan zərər çəkmiş şəhərlərdə hərbi əməliyyatların başa çatması heç də həmişə bərpa prosesinin başlanması demək deyil. Belə ərazilərdə insanların təhlükəsiz geri qayıtması, dağıntıların aradan qaldırılması, infrastrukturun və əsas xidmətlərin bərpası üçün ilk növbədə təhlükəsiz mühit yaradılmalıdır. Bunu Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Çarlz Lenjo Mvaziqe Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.