Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik

04.09.2026 [22:46]

Xəbərin mətni

Şuşa...hər daşı, hər divarı tarixin bir parçası olan şəhər. Bu şəhərin simasına toxunmaq isə sadəcə estetik məsələ deyil, yaddaşa toxunmaqdır. Son vaxtlar Şuşada qaya daşlarının üzərinə adların yazılması bu həssas mövzunu yenidən gündəmə gətirib. Şəhidlərin xatirəsi, əlbəttə, müqəddəsdir. Amma sual budur: bu xatirəni əbədiləşdirməyin yolu daşın üzərinə yazı həkk etməkdirmi? YOX Çünki bir insanın “xatirə” kimi qoyduğu iz, əslində, həmin məkanın tarixi görünüşündə arzuolunmaz izə çevrilir. Bu məsələ bir daha tarixi məkanlarda davranış mədəniyyətini gündəmə gətirir.