Tarixi məkanlarda iz qoymaq yox, izi qorumaq lazımdır
06.09.2026 [20:32]
Şuşa uğrunda gedən döyüşlər tarixin bir hissəsinə çevrilib. Amma bu tarixi yaşadan daşın üzərinə yazılan ad deyil, elə həmin daşın, həmin qayanın toxunulmadan qalmasıdır.Tarixi məkanlara, ictimai obyektlərə yazı yazmaq ilk baxışda zərərsiz, hətta bəzən “xoş niyyətli” bir hərəkət kimi görünə bilər. Amma söhbət ictimai və mədəni əhəmiyyət daşıyan obyektlərdən gedirsə, bu artıq şəxsi seçim deyil məsuliyyət məsələsidir. Çünki ictimai məkan şəxsi dəftər deyil.