Türk din xadimi: Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir
08.09.2026 [22:13]
Xəbərin mətni
Çox şükür, əsas arzumuz olan Şuşanı ziyarət etmək nəsib oldu. Şuşa savaşın ən rəmzi məkanlarından biridir. Qəhrəman Azərbaycan əsgərləri sıldırımlara dırmaşaraq düşməni məğlub edib işğal altındakı torpaqları azadlığa qovuşdurublar. Bu, Türk dünyasının və müsəlmanların şərəfi, zəfəridir. Bunu Şuşaya səfər edən Türkiyə din xadimi Güven Dumanlı deyib.