Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı
09.09.2026 [15:12]
Xəbərin mətni
Mən Türkiyədən, Qars şəhərindən gəlmişəm. Biz bu ərazilərdə vaxtilə törədilən zülmləri media vasitəsilə görürdük. Özümüz bura gəlib həmin yerləri ziyarət etmək istəyirdik. Bizə bu imkan yaradıldı və gəlib hər şeyi öz gözlərimizlə gördük. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdama səfər edən türkiyəli din xadimi Yılmaz Özkaya deyib.