Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq
09.09.2026 [19:13]
Xəbərin mətni
Son günlər, xüsusən də Batumidə keçirilən Gürcüstan Beynəlxalq Dənizçilik Forumundan sonra Orta Dəhliz və TRIPP layihələri Gürcüstan ictimaiyyətində yenidən müzakirə mövzusuna çevrilib. İqtisadçılar və ekspertlər bu layihələrin əhəmiyyətinin əsaslı surətdə artdığını bildirirlər. G.Robokidze Universitetinin professoru, iqtisadçı-alim və ekspert Vaxtanq Çaraia AZƏRTAC-a müsahibəsində deyib ki, Orta Dəhliz Gürcüstan, eləcə də regionun digər iştirakçıları üçün mühüm layihədir. Bu layihə həm Gürcüstan, həm Azərbaycan, həm də Asiya və Avropa qitəsi üçün yeni imkanlar yarada bilər. Azərbaycan və Gürcüstanın bu layihədə birgə iştirakı kifayət qədər böyük əhəmiyyət daşıyır.