BDYPİ sürücülərə növbəti dəfə çağırış edib
10.09.2026 [11:31]
Xəbərin mətni
Son günlər yol-nəqliyyat hadisələrinin, xüsusilə ağır nəticələrlə müşayiət olunan qəzaların artması yol hərəkəti təhlükəsizliyinə daha ciddi və məsuliyyətli yanaşmağı zəruri edir. Hər bir ağır qəzanın arxasında insan həyatı, doğmalarını itirən ailələr və bəzən bir anlıq yanlış qərarın illərlə davam edən ağır nəticələri dayanır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında bildirilib.