Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hasil Abbasov: Xankəndidə keçirilən əmək yarmarkası işəgötürənlər və işaxtaranlar üçün gözəl fürsət olacaq

11.09.2026 [14:26]

Xəbərin mətni

Bu gün Xankəndidə növbəti əmək yarmarkasını keçiririk. Bu, işğaldan azad olunmuş ərazilərdə keçirilən sayca 19-cu əmək yarmarkasıdır. Yarmarkada 26 işəgötürən tərəfindən 222 vakansiya təqdim olunur. Bunu Xankəndidə jurnalistlərə müsahibəsində Dövlət Məşğulluq Agentliyinin sədri Hasil Abbasov deyib.