Ekspert: Mina təhlükəsi Böyük Qayıdışa hələ də ciddi maneədir
11.09.2026 [16:36]
Xəbərin mətni
Son iki gün ərzində Xocalı və Ağdərə rayonlarının ərazisində baş verən mina partlayışları bir daha göstərir ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də ciddidir. Bu təhlükə Böyük Qayıdışın sürətlə reallaşmasına, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına ləyaqətlə və təhlükəsiz qayıdışına ciddi maneə yaradır, bərpa-quruculuq prosesinin həyata keçirilməsini ləngidir. Bu fikirləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov AZƏRTAC-a açıqlamasında bildirib.