Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

14.09.2026 [10:11]

Xəbərin mətni

Tədris prosesinin başlanması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artması, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranması gözlənilir. Belə şəraitdə hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində bildirilib.