Ekspert: Dövlət Proqramı Naxçıvanda turizm xidmətlərinin keyfiyyətini yüksəldəcək
14.09.2026 [11:57]
Avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” qəbul olunub. Bu sənəd icra mahiyyətinə görə Naxçıvan Muxtar Respublikası üçün də mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, turizmin inkişafı istiqamətində ciddi nailiyyətlər qazanıb. Hazırda regiona turizm mövsümündə istər xaricdən, istərsə də ölkəmizin digər bölgələrindən xeyli turist gəlir. Onlar regionun zəngin turizm imkanlarından yararlanır və müsbət təəssüratlarla geri qayıdırlar. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisadçı ekspert Əli Cabbarov deyib.