Naurızbay Taqanulı: Ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir
14.09.2026 [13:47]
Xəbərin mətni
Ailə insan övladının qızıl beşiyi, böyük məhəbbətin müqəddəs məkanıdır. İnsanın həyat yolundakı ilk addımları, dünyanı dərk etməsi və şəxsiyyətinin formalaşması, ilk növbədə, ailədən başlayır. Bu sözləri Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib.