Azərbaycan Dövlət İnformasiya Agentliyi

Doğma yurduna 3 övladı ilə qayıdan Elbir İsmayılov: “Onlar mənim uşaqlıq xatirələrimi yaşayırlar”

14.09.2026 [14:39]

Xəbərin mətni

“Dörd qardaşım və ata-anamla 1992-ci ildə Muğanlı kəndindən məcburi köçkün düşdük. Üç yaşım olmasına baxmayaraq, müharibə günlərini, od-alovlu anları, atəş səslərini hələ də xatırlayıram. Necə ağlayaraq evlərin arxasında gizləndiyimizi, göydən alov kimi yağan “Alazan” raketlərini unuda bilmirəm. Çox dəhşətli idi...”  Bu acı xatirələri danışan Elbir İsmayılovun 1992-ci ildə kəndlərindən məcburi köçkün düşəndə cəmi 3 yaşı var idi. Uşaqlıq yaddaşına həkk olunan o qorxulu anlar illərlə hiss etdiyi Vətən nisgili ilə əvəzləndi. İndi Elbir İsmayılov doğma yurduna – Xocavəndə qayıdıb və öz ailəsi ilə birgə ata ocağında yeni həyata başlayıb.