Üç nəslin yurd hekayəsi: Nənə Rəbiyyə, gəlin Vəsilə və tələbə Rəbiyənin Böyük Qayıdışı
14.09.2026 [18:31]
Xəbərin mətni
Kəlbəcərdən məcburi köçkün düşəndə Vəsilə xanımın cəmi 5 yaşı vardı. Uşaqlığı və gəncliyi Gəncədə keçdi, amma Kəlbəcər yaddaşından heç vaxt silinmədi. İllər sonra Vəsilə xanım Kəlbəcərə bu dəfə iki övlad anası kimi qayıtdı. İndi özü doğma şəhərində fəaliyyətə başlayan məktəbdə işləyir, qızı Rəbiyə isə elə Kəlbəcərdən ali məktəbə qəbul olunub.