Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub
16.09.2026 [15:04]
Xəbərin mətni
Görkəmli mütəfəkkir, alim, Azərbaycanın dahisi olan Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub. Ümid edirəm ki, bu kimi konfranslar, tədbirlər bütün İslam dünyası üçün faydalı olacaq. Bunu Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının baş katibi Həmid Şəhriyari Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda jurnalistlərə açıqlaması zamanı deyib.