"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır
16.09.2026 [18:38]
Xəbərin mətni
Etilen-Polietilen zavodunda 2026-cı ildə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmayıb və müəssisə tam normal rejimdə fəaliyyət göstərib. Növbəti əsaslı təmirin 2027-ci ilin ikinci rübündə keçirilməsi planlaşdırılır. Bu sözləri SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Proses üzrə direktoru Samir Səlimli "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində Etilen-Polietilen zavoduna təşkil edilən mediatur zamanı deyib.