Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samir Səlimli: 2016–2021-ci illərdə "Azərikimya"da icra edilən layihə məhsuldarlığı artırıb

16.09.2026 [18:39]

Xəbərin mətni

Hal-hazırda avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edən növbəti modernizasiya layihəsi aktiv fazadadır. Layihənin mühəndislik mərhələsi 95 faiz tamamlanıb və növbəti ildən sahə işlərinə start veriləcək. Bu sözləri SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Proses üzrə direktoru Samir Səlimli "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində Etilen-Polietilen zavoduna təşkil edilən media-tur zamanı deyib.