MƏDƏNİYYƏT


Xalq Artisti Əlibaba Məmmədovun 90 yaşı tamam olur

Tanınmış xanəndə və bəstəkar, pedaqoq Əlibaba Məmmədovun bu gün 90 yaşı tamam olur. Sənətkar 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. Xalq artisti 30 ildən çoxdur Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə Azərbaycan muğam və xalq mahnılarının incəliklərini öyrədir.