Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yeni faydalı qazıntı yataqları öyrənilir - Xalxal sahəsindən REPORTAJ

24.09.2026 [18:50]

Xəbərin mətni

Filiz və qeyri-filiz faydalı qazıntıları ilə zəngin olan muxtar respublikada yeni yataqların axtarışı, mövcud ehtiyatların dəqiq qiymətləndirilməsi və iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində işlər genişləndirilir. Bu istiqamət “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.