Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vandalizmdən inkişafa - Üç dövrün şahidi olan Ağdam Cümə məscidi

25.09.2026 [21:15]

Xəbərin mətni

XIX əsrin yadigarı olan Ağdam Cümə məscidi şəhərin tarixinin müxtəlif dövrlərinə şahidlik edən abidələrdəndir. Məscid XX əsrin sonlarına doğru Ağdamın inkişaf etdiyi, ictimai, iqtisadi və mədəni həyatın geniş vüsət aldığı dövrə, 1990-cı illərin əvvəllərində müharibənin ağır günlərinə, şəhidlərin və Xocalıda qətlə yetirilən dinc sakinlərin faciəsinə, işğal illərində isə şəhərin dağıdılmasına şahidlik edib. Bu gün məscid işğaldan azad edilən şəhərdə bərpa olunan ilk obyektlərdən biri kimi Ağdamın tarixi yaddaşını yaşatmaqla yanaşı, aparılan bərpa-quruculuq işlərinin və yeni həyatın ilk izlərini də özündə birləşdirir. Üç dövrün şahidi olan Cümə məscidinin tarixində Ağdam şəhərinin keşməkeşli taleyi əks olunur.