Aİ-nin təmsilçisi: Rəqəmsal mühitimizi qorumaq üçün mövcud imkanlarımızı səfərbər etməliyik
20.10.2026 [12:42]
Süni intellekt kibertəhlükəsizlik mənzərəsini sürətlə dəyişdirir. O, proqram təminatındakı zəifliklərin aşkar edilməsinə, şübhəli şəbəkə fəaliyyətinin müəyyənləşdirilməsinə, kiberhücumların qarşısının alınmasına və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsinə kömək edir. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında "Dəyişən dünyada süni intellekt və təhlükəsizlik: Avropa perspektivi" mövzusunda çıxış edərkən deyib.