“SOCGOV 2026” beynəlxalq forumunda dünyanın 10-dan çox ölkəsindən nümayəndələrin iştirakı gözlənilir
20.10.2026 [12:45]
Xəbərin mətni
“SOCGOV 2026” sosial xidmətlərin rəqəmsal analitika əsasında inkişafı, ağıllı idarəetmə modellərinin tətbiqi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından mühüm platforma olacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov oktyabrın 23-də Xankəndidə keçiriləcək "SOCGOV 2026" beynəlxalq forumu ilə bağlı agentlikdə təşkil olunan mətbuat konfransında bildirib.