Azərbaycan Dövlət İnformasiya Agentliyi

Estoniyalı nümayəndə: Əsas məqsəd etimad doğuran dövlət sistemləri qurmaqdır

20.10.2026 [13:17]

Xəbərin mətni

Son üç il ərzində süni intellekt qlobal miqyasda dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Hökumətlər süni intellektin necə tənzimlənməsi, onun imkanlarından necə istifadə edilməsi və sürətlə dəyişən texnoloji mühitdə rəqabət qabiliyyətinin necə qorunub saxlanılması barədə düşünür. Lakin mən çıxışıma fərqli bir məsələ ilə başlamaq, süni intellektin nə edə biləcəyindən deyil, ondan məsuliyyətli və səmərəli istifadə etmək üçün necə bir dövlət idarəçiliyi tələb olunduğundan danışmaq istəyirəm. Çünki bu Estoniya və Azərbaycan hökuməti üçün, eləcə də dünyada hər bir hökumət üçün aktual olan məsələdir. Bunu Estoniyanın Elektron İdarəetmə Akademiyasının icraçı direktoru və İdarə Heyətinin sədri Hannes Astok adıçəkilən qurumun və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında çıxış edərkən deyib.