Nadir Novruzov: Kiberhücumların qarşısı vaxtında alınır
20.10.2026 [13:26]
Xəbərin mətni
Biz dövlət qurumlarına kiberhücumları mütəmadi olaraq müşahidə edirik. Bu hal fasiləsiz olaraq tərəfimizdən müşahidə olunur. Amma, xüsusilə son bir həftə ərzində dövlət qurumlarına və onların informasiya ehtiyatlarına və sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata keçirildiyini müşahidə edirik. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə müsahibəsində deyib.