Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülvi Mehdiyev: 52 ölkə “ASAN xidmət” təcrübəsini öyrənir

21.10.2026 [13:31]

Xəbərin mətni

Azərbaycanda əsası qoyulan "ASAN xidmət" brendi artıq dünyada 800 milyona yaxın insana xidmət edən böyük bir şəbəkəyə çevrilib. Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyi ilə bağlı hesabat tədbirində çıxışı zamanı deyib.