Aidə İbrahimova: Təlimin dəyəri dəyişiklik yaratmaqdır
21.10.2026 [13:42]
Xəbərin mətni
Bu gün yalnız biliklərin ötürülməsi ilə kifayətlənməməliyik. Hesab edirəm ki, əsas məsələ həmin biliklərin fəaliyyət nəticələrinə dərhal, yaxşı mənada, maksimum operativ şəkildə ötürülməsi və çevrilməsidir. Həmçinin əməkdaşların bilik və bacarıqlarının onların fəaliyyət nəticələrinə bir dəyişiklik gətirməsi ilə bağlıdır. Bunu İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyi ilə bağlı hesabat tədbirində çıxışı zamanı deyib.