Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Uşaq Bərpa Mərkəzində bu ilin 9 ayında 434 uşağa reabilitasiya xidmətləri göstərilib

21.10.2026 [16:15]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Uşaq Bərpa Mərkəzi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində əlilliyi olan 434 uşağa reabilitasiya xidmətləri göstərilib. Həmçinin “RehaBus” (Reabilitasiya Avtobusu) xidməti tərəfindən əlilliyi olan uşaqların ambulator və stasionar reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına dəstək verilir. Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Kifayət Mahmudova deyib.