Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özünüməşğulluq proqramı üzrə vətəndaşlara ilk dəfə “Simmental” və “Holşteyn” cinsli inəklər verilir

21.10.2026 [16:37]

Xəbərin mətni

Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində bir ilkə imza atılır. İlk dəfə olaraq Azərbaycanda vətəndaşlara “Simmental” və “Holşteyn” cinsli inəklər verilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Ağdamda jurnalistlərə müsahibəsində deyib.